BANM-in alimlərinin Ermənistanın Metsamor AES-lə bağlı məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

BANM-in alimlərinin Ermənistanın Metsamor AES-lə bağlı məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub Məqalədə Ermənistanın Metsamor atom elektrik stansiyasının (MAES) yerləşdiyi aktiv tektonik zonanın mürəkkəb geoloji quruluşu təsvir olunub
Elm və təhsil
13 May , 2017 11:04
BANM-in alimlərinin Ermənistanın Metsamor AES-lə bağlı məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub

Bakı. 13 may. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin prorektoru Oktay Rzayevin və “Neft-qaz mühəndisliyi” kafedrasının müəllimi Rauf Nadirovun həmmüəllifi olduqları “Ermənistanın aktiv tektonik zonasında yerləşən Metsamor atom elektrik stansiyası Qafqazın potensial Fukusimasıdır” adlı məqaləsi “Yer Elmləri və Ətraf Mühitin Mühafizəsi” adlı yüksək reytinqli elmi-resenziyalı jurnalda dərc olunub. 

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məqalədə Ermənistanın Metsamor atom elektrik stansiyasının (MAES) yerləşdiyi aktiv tektonik zonanın mürəkkəb geoloji quruluşu təsvir olunub. Müəlliflər qeyd ediblər ki, Cənubi Qafqazın bu regionu yüksək vulkanik aktivlik, tektonik gərginlik və yüksək seysmik tektonik blokların toqquşan sərhədləri boyunca aktiv hərəkətliliyi ilə xarakterizə olunur: “Bu stansiya demək olar aktiv tektonik yarığın üzərindədir”.

Bildirilib ki, stansiyada tikinti işlərinə başlananda seysmik risklər olduqca aşağı salınıb. Bu, 25 min nəfərdən artıq ölümə səbəb olan Spitak zəlzələsinin dağıntıları faktları ilə təsdiqlənib. Məqalədə MAES-in yerləşdiyi ərazidə zəlzələlərin intensivliyi, onların fokal mexanizmi və aktiv tektonik yarıqlarda hərəkət risklərini göstərən analizlər əks edilib: “Ermənistan, Rusiya və Avropa tədqiqatçılarının MAES-in ərazisində apardıqları araşdırmalarda seysmik təhlükələr və risklər öyrənilib və cəmləşdirilərək belə nəticəyə gəlmək olur ki, Metsamor AES-in işini təmamilə dayandırmaq, stansiyanın özünü isə bağlamaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi