Yuxarı
    Bağlamaq

    BANM-in 4 tələbəsi İtaliya təcrübəsini öyrənəcək

    Bakı. 17 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın Maire Tecnimont Group şirkətinin Azərbaycan üzrə nümayəndəliyi KT-Kinetics Technology şirkətinin təcrübə proqramında iştirak üçün seçim prosesini həyata keçirib.

    Ali Məktəbdən "Report"a verilən məlumata görə, BANM-in 5-ci kurs və magistr tələbələri arasında edilən seçim prosesini KT-Kinetics Technology şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern və şirkətin İnsan resursları üzrə meneceri Aidə Bəşirova aparıb.

    Seçim prosesinin yekunu olaraq Ali Məktəbin tələbələri – “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan Gülsüm Əliyeva və Zərifə Orucova, “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alan Həcər Hidayətzadə və 5-ci kurs tələbəsi Ruslan Cəbrayıllı həmin şirkətdə 17 həftəlik təcrübə proqramı keçmək imkanı əldə ediblər. Tələbələr proqram dövrü ərzində şirkətin strukturu və fəaliyyəti ilə tanış olacaq və BANM-də əldə etdikləri nəzəri və praktiki bilikləri aidiyyatı sahə üzrə tətbiq edəcəklər. 

    BANM və Maire Technimont Group arasında yaranmış ötən ilki uğurlu əməkdaşlığın nəticəsi olaraq Ali Məktəbin 2 məzunu – Sənan İbrahimov və Riyad Baxşıyev artıq KT-Kinetics Technology şirkətinin əməkdaşlarıdır. Tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdiyini nəzərə alaraq, növbəti ildə bu rəqəmin artması gözlənilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi