BANM İzmir Universiteti ilə memorandum imzalayıb

BANM İzmir Universiteti ilə memorandum imzalayıb Elmar Qasımov İzmir Celebi Universitetinin rektoruna BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib
Elm və təhsil
21 Noyabr , 2016 11:20
BANM İzmir Universiteti ilə memorandum imzalayıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəb ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. 

Bu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov hər iki ali təhsil müəssisəsi arasında çoxlu oxşar cəhətlərin olduğunu bildirib. O, Azərbaycan-Türkiyə münasibətlərinin dostluq və qardaşlıq münasibətləri olduğunu deyib: "İmzalanacaq əməkdaşlıq müqaviləsi həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa rəvac verəcək".

Bakı ilə İzmirin qardaş şəhərlər olduğunu vurğulayan Türkiyənin İzmir Celebi Universitetinin rektoru Galip Akhan Azərbaycanda və BANM-də olmaqdan məmnun olduğunu bildirib. O, müqavilədə hər iki tərəf üçün vacib olan, qarşılıqlı maraq doğuran ixtisaslar üzrə bakalavriat və magistratura səviyyələrində, eləcə də qısa müddətli sənaye yönümlü kurslarda mütəxəssis hazırlığında əməkdaşlığın nəzərdə tutulduğunu deyib.

Bakı Ali Neft Məktəbi ilə Türkiyənin İzmir Çələbi Universiteti arasında anlaşma memorandumu imzalanıb. Müqaviləyə əsasən, həmçinin müvafiq sahələrdə tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili və bu tədbirlərdə, eləcə də hər iki tərəfin korporativ tədbirlərində tələbə və əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sonda rektor Elmar Qasımov İzmir Celebi Universitetinin rektoru Galip Akhana BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.

Son xəbərlər

Orphus sistemi