BANM-də "Yanğınsöndürmə balonlarının istifadəsi qaydaları"na dair təlim keçirilib

BANM-də "Yanğınsöndürmə balonlarının istifadəsi qaydaları"na dair təlim keçirilib Təlim SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin mütəxəssisləri tərəfindən təqdim olunub
Elm və təhsil
19 Fevral , 2016 10:53
BANM-də Yanğınsöndürmə balonlarının istifadəsi qaydalarına dair təlim keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) təhsil müəssisəsinin əməkdaşları üçün "Yanğınsöndürmə balonlarından istifadə qaydaları" haqqında təlim keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, təlim SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) mütəxəssisləri tərəfindən təqdim olunub.

Ali Məktəbin rektoru Elmar Qasımovun təşəbbüsü ilə keçirilən təlimdə BANM-in əməkdaşlarına baş verə biləcək yanğın hadisələrinin qarşısını almaq məqsədilə istifadə olunan yanğınsöndürmə balonları və digər ilkin yanğınsöndürmə vasitələrinin istifadəsi qaydaları, texniki və müxtəlif təyinatları barədə məlumat verilib.

Daha sonra əməkdaşlar yanğınsöndürmə balonlarının istifadə qaydaları ilə əyani tanış olublar.

Təlim BANM-in əməkdaşlarının fövqəladə hadisələr zamanı çevik davranışlarının artırılması və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmaları üçün keçirilib.

Qeyd edək ki, BANM və TTSİ arasında əməkdaşlıq haqqında müqavilə çərçivəsində BANM-in tələbələri TTSİ-nin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təhlükəsizlik təlimlərinə cəlb olunur və yekunda onlara beynəlxalq sertifikatlar təqdim edilir. Gələcəkdə BANM-in tələbələri üçün “Yanğınsöndürmə balonlarının istifadəsi” ilə bağlı təlimlərin keçirilməsi də nəzərdə tutulur. 

Son xəbərlər

Orphus sistemi