BANM-də tələbələr üçün Məzun Günü keçirilib - VİDEO

BANM-də tələbələr üçün Məzun Günü keçirilib - VİDEO Bakı. 5 iyul. REPORT.AZ/ Bu il “Bakı Ali Neft Məktəbinin məzunu” adını qazanan tələbələr üçün Məzun Günü keçirilib.
Elm və təhsil
5 İyul , 2018 12:17
BANM-də tələbələr üçün Məzun Günü keçirilib - VİDEO
0 : 00
0 : 00

Bakı. 5 iyul. REPORT.AZ/ Bu il “Bakı Ali Neft Məktəbinin məzunu” adını qazanan tələbələr üçün Məzun Günü keçirilib.

Ali Neft Məktəbindən "Report"a verilən xəbərə görə, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə Ali Məktəbi bitirən tələbələr elə Məzun Günündə öz diplomlarını əldə ediblər. Məzunlar arasından 12 nəfər isə Ali Məktəbi Fərqlənmə diplomu ilə bitirib.

Qeyd edək ki, hər zaman sahə üzrə dərin bilikləri, praktiki təcrübələri və dil biliyi ilə seçilən BANM-ın məzunları daim yerli və xarici şirkətlərin diqqət mərkəzindədirlər. Keçən ilki məzunlar kimi 2018-ci il məzunları da hələ diplom almamış şirkətlər tərəfindən iş təklifi əldə ediblər.

Bakı Ali Neft Məktəbinin Məzun Günündən papaqatma mərasimini sizlərə təqdim edirik.

Son xəbərlər

Orphus sistemi