BANM-də "Neftçilər günü" münasibətilə görüş keçirilib

BANM-də "Neftçilər günü" münasibətilə görüş keçirilib 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə daxil olmuş tələbələrə noutbuklar hədiyyə olunub
Elm və təhsil
21 Sentyabr , 2015 12:36
BANM-də Neftçilər günü münasibətilə görüş keçirilib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) "Neftçilər günü" münasibətilə tədbir və Ali Məktəbə 2015/2016-cı tədris ilində qəbul olan tələbələr və onların valideynləri ilə görüş keçirilib. Bu barədə "Report"a BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Mərasimdə çıxış edən rektor Elmar Qasımov 20 sentyabr gününün neftçilərin peşə bayramı kimi qeyd edilməsini Azərbaycan xalqının ümummili lideri Heydər Əliyev tərəfindən16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirildiyini xatırladıb.

Elmar Qasımov, həmçinin SOCAR-ın strukturunda yaradılan Bakı Ali Neft Məktəbinin fəaliyyəti haqqında məlumat verərək qeyd edib ki, Azərbaycanda neft-qaz sahəsində yüksək ixtisaslı, ingilisdilli peşəkar kadrların hazırlanmasında əsas rol oynayan, ali təhsil müəssisələri içərisində öz nüfuzuna görə öndə gedən Ali Məktəb bir sıra uğurlar qazanıb: "BANM-in əsas məqsədlərindən biri dünyanın xarici şirkətlərindəki azərbaycanlıların sayının artırılmasıdır".

Rektor Ali Məktəbin yeni kampusunun tikintisinin davam etdiyini də vurğulayıb: "Tələbələr regionda ən yüksək səviyyədə maddi-texniki təminatla təmin olunan kampusda oxuyacaqlar". 

Tədbirin sonunda 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinə daxil olmuş tələbələrə noutbuklar hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi