BANM-də layihə iştirakçıları mükafatlandırılıb

BANM-də layihə iştirakçıları mükafatlandırılıb “Kvant fizikası gənc alimlərin təqdimatında” adlı layihə başa çatıb
Elm və təhsil
12 Yanvar , 2017 10:57
BANM-də layihə iştirakçıları mükafatlandırılıb

Bakı. 12 yanvar. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Kvant fizikası gənc alimlərin təqdimatında” adlı layihənin bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Ali məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ümumi işlər üzrə prorektor Rəşad Həsənov, professor Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov fəxri qonaq qismində iştirak ediblər.

E.Qasımov Gənclər Fondunun maliyyə dəstəyilə Ali Məktəbin tələbə və əməkdaşlarının bir sıra layihələrinin həyata keçirildiyini bildirib: “Müxtəlif ideya və təşəbbüslərin həyata keçirilməsində gənclərə kömək göstərilməsi dövlətin gənclər siyasətinin uğurla həyata keçirilməsinə xidmət edir. BANM-in əməkdaş və tələbələrinin 2016-cı ildə 8 layihəsi fondun müsabiqəsindən keçib. Bütün bu layihələrin icrasına Ali Məktəb tərəfindən yüksək səviyyədə dəstək verilib”.

“Kvant fizikası gənc alimlərin təqdimatında” adlı layihənın rəhbəri, BANM-in Tələbələrlə iş şöbəsinin rəisi və BANM HİK sədri Həbibə Sadıqlı sözügedən layihə haqqında məlumat verib: “Gənc peşəkar təlimçi-alimlərin dəstəyi ilə layihə ötən ilin noyabr ayının 27-dən başlayaraq hər həftənin bazar günü olmaqla 5 həftə davam edib. Bütün təlimlər Bakı Ali Neft Məktəbində həyata keçirilib. Layihənin təşkilat komitəsi BANM-in tələbələrindən ibarət olub”.

BANM-in professoru Siyavuş Azakov, layihənin təlimçisi olmuş gənc alimlər Sakin Cabarov, Yusif Alıyev, Sevda Rzayeva və Mirlan Kərimov layihə çərçivəsində təlimlərin yüksək səviyyədə təşkil olunduğunu və iştirakçılar tərəfindən maraqla qarşılandığını bildiriblər.

Sonda fəallığı ilə fərqlənən layihə iştirakçıları sertifikat və hədiyyələrlə mükafatlandırılıblar. 

Son xəbərlər

Orphus sistemi