BANM-də “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirilib

BANM-də “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirilib Təqdimatda BANM-in rektoru Elmar Qasımov da iştirak edib
Elm və təhsil
13 Oktyabr , 2016 11:53
BANM-də “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirilib

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Kərim Kərimovun Azərbaycan Respublikası Gənclər Fondunun qrantı əsasında “Gənc Robot Mühəndislər” layihəsinin təqdimatı keçirilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, Məktəbin rektoru Elmar Qasımov tədbiri giriş sözü ilə açaraq “Robototexnika”nın Azərbaycanın iqtisadiyyatı üçün vacib bir istiqamət olduğunu bildirib.

Sonra NASA-da çalışmış məşhur azərbaycanlı gənc alim Teymur Sadıxov layihə iştirakçıları qarşısında məruzə ilə çıxış edib.

Qeyd edək ki, layihə çərçivəsində Bakı şəhərində müxtəlif universitetlərdə təhsil alan I və II kurs tələbələri arasından seçilən 20 iştirakçıya (hər bir komandada 4 nəfər olmaq şərti ilə 5 komanda) “Robototexnika”nın nəzəri və təcrübi istiqamətləri barədə əyani metodiki vəsaitlərlə 5 günlük seminar keçiriləcək və seminarların son günündə komandalar arasında yarışma təşkil olunacaq. Yarışmada komandalara müxtəlif hissələrdən robot hazırlanması tələbi qoyulacaq və ilk yer tutan komanda üzvlərinə metodiki elektronik hissələrdən ibarət hədiyyə paketi veriləcək. Onlar gələcəkdə həmin avadanlıqdan istifadə edərək öz biliklərini mütəmadi tətbiq etmək imkanı qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi