BANM-də DAAD təqaüd proqramı ilə bağlı tədbir keçirilib

BANM-də DAAD təqaüd proqramı ilə bağlı tədbir keçirilib Almaniya Akademik Mübadilə Xidmətinin təqaüd proqramlarına sənəd qəbulu açıq elan edilib
Elm və təhsil
6 Oktyabr , 2017 12:48
BANM-də DAAD təqaüd proqramı ilə bağlı tədbir keçirilib
BANM

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda DAAD (Almaniya Akademik Mübadilə Xidməti) təqaüd proqramı, onun perspektivləri, tələbələr üçün yaradılmış imkanlar da daxil olmaqla proqramı hərtərəfli şəkildə izah edən geniş tədbir keçirilib.

Ali Məktəbdən "Report"a verilən məlumata görə, beynəlxalq səviyyədə tanınan DAAD Almaniyanın 230 universitetini və 126 tələbə təşkilatını özündə birləşdirən qurumdur. DAAD-la Azərbaycan Təhsil Nazirliyi arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı saziş imzalanıb və Bakı Ali Neft Məktəbi isə bu əlaqələrin genişlənməsində öz dəstəyini göstərməkdədir.

Tədbirdə DAAD Bakı Məlumat Mərkəzinin təmsilçisi Hikmət Kamallı iştirak edərək tələbələrə proqramın geniş təqdimatını edib və onların aktual suallarını cavablandırıb. Təqdimatda təqaüd proqramının mahiyyəti və üstünlükləri, qeydiyyat və müraciətlə bağlı məsələlər detallı şəkildə tələbələrə izah edilib.

Qeyd edək ki, bir müddət əvvəl Bakı Ali Neft Məktəbi Alman Akademik Mübadilə Xidməti ilə “Şərqə Doğru” Proqramı çərçivəsində əməkdaşlıq edib, Almanıyanın nüfuzlu universitetlərindən olan tələbələr Bakı Ali Neft Məktəbində keçirilmiş “Bakı Yay Neft Məktəbi”ndə iştirak ediblər.

Hazırda DAAD təqaüd proqramlarına sənəd qəbulu açıq elan olunub. 

Son xəbərlər

Orphus sistemi