​BANM-də 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

​BANM-də 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub Rektor BANM kollektivinin xanım üzvlərinə, o cümlədən tələbə qızlara dəyərli hədiyyələr təqdim edib
Elm və təhsil
6 Mart , 2015 16:49
​BANM-də 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bakı. 6 mart. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib. Bu barədə "Report"a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, BANM-in professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov BANM-də çalışan xanım əməkdaşların timsalında bütün Azərbaycan xanımlarını 8 mart-Beynəlxalq qadınlar günümünasibəti ilə ürəkdən təbrik edərək deyib ki, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında önəmli rolu var: "Onlar hazırda ölkənin dövlət idarəetmə strukturlarında, o cümlədən dövlət müəssisələrində və özəl sektorlarda rəhbər vəzifələrdə çalışırlar".

Rektor Şərqdə ilk dəfə Azərbaycan qadınlarının səs hüququnu əldə etdiyini qeyd edib. O, həmçinin Azərbaycan qadınlarının cəmiyyətimin tam hüquqlu üzvləri olması, ölkənin hər sahəsində fəal iştirak etmələri, istər ailədə, istər cəmiyyətdə, istərsə də dövlət həyatında rollarının artırılması, onlara düzgün dəyər verilməsivə hüquqlarının qorunması istiqamətində aparılan dövlət siyasətinin öz bəhrəsini verdiyini deyib.

E.Qasımov BANM-in kollektivinin xanım üzvlərini, o cümlədən tələbə qızları bir daha təbrik edərək, onlara dəyərli hədiyyələr təqdim edib. Bununla yanaşı, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin “Liderlik” maarifləndirmə kursunu müvəffəqiyyətlə bitirən BANM-in qadın əməkdaşlarına sertifikatlar təqdim olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva öz çıxışında BANM-də olmağından məmnunluq ifadə edib: "Azərbaycan qadınları müasir cəmiyyətdə yüksək mövqe tutur, onlara kişilərlə bərabər hüquqlar və imkanlar verilir, eyni zamanda mötəbər qurumlarda təmsil olunurlar. O, BANM-in xanım əməkdaşlarını və tələbə qızları təbrik edərək hər birinə ailə səadəti, xoşbəxtlik, onlara Ali Məktəbdəki fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda tələbələr xanımlara həsr olunan musiqili kompozisiyanı nümayış etdiriblər. 

Son xəbərlər

Orphus sistemi