Yuxarı
    Bağlamaq

    BANM-da MBA təhsili üzrə magistr proqramı uğurla davam edir

    Bakı. 16 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə Edilməsi (MBA) magistr proqramı uğurla davam edir. 

    BANM-dən "Report"a verilən məlumata görə, ümumilikdə, 120-dən artıq krediti əhatə edən proqramın əsas məqsədi qlobal mühitdə rəqabətədavamlı mütəxəssislər yetişdirməkdir.

    Ali Məktəbin beynəlxalq təcrübəyə malik professor heyəti isə yalnız BANM üçün nəzərdə tutulan ekskluziv və innovativ proqram hazırlayıblar.

    BANM-ın MBA proqramına İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları, Menecerlər üçün mühasibat, Kapital qoyuluşu və Maliyyə strategiyaları, Risklərin idarə olunması və siğortalama v s. kimi əsas fənlər, eləcə də seçmə fənlər daxildir.

    BANM-da MBA proqramını tədris edən müəllimlərdən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, BP şirkətiin İT layihələr üzrə qrup rəhbəri Faiq Nəsibov, İtaliyanın KT Kinetics Technology şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, Bioropean MMC-nin yaradıcısı və direktoru Emin İlyas, BANM-ın beynəlxalq təcrübəli professoru Cavanşir Əlizadə və digərlərinin adlarını çəkmək olar.

    2018/2019-cu tədris ilinin ilk semestrində MBA tələbələri İdarəetmə və təşkilati davranış, Maliyyənin idarə olunması, Biznes və iqtisadiyyat üçün statistika, Marketinq konsepsiyaları və Menecerlər üçün mühasibat fənlərini keçirlər.

    “Bakı Ali Neft Məktəbində MBA üzrə təhsil almaq arzum idi. Amma açığı, dərslərin bu dərəcədə mükəmməl təşkil olunacağını gözləmirdim. Bizə dərslər çox təcrübəli, tanınmış insanlar tərəfindən keçirilir. Öyrəndiklərimizin praktiki nümunələri məni çox ruhlandırır”, –  Ali Məktəbin MBA tələbəsi, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin kommersiya meneceri Famil İbrahimov bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi