Yuxarı
    Bağlamaq

    BANM-da BP-nin “Skills Refinery” proqramının təqdimatı olub

    Dinlə

    Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbində (BANM) BP şirkətinin tələbələrin işlə təmin olunması imkanlarının artırılmasına yönələn, yeni qlobal onlayn portal olan “Skills Refinery” (“Bacarıqların təkmilləşdirilməsi”) proqramının təqdimatı keçirilib.

    Bu barədə "Report"a BANM-dən məlumat verilib.

    Təqdimat BP şirkətinin İnsan resursları şöbəsinin məzun və təcrübə proqramları üzrə mütəxəssisi Mehriban Şıxzamanova, işə götürmə üzrə koordinator Səbinə Vəliyeva, insan resursları üzrə daha bir əməkdaş Əli Dəmirzadə və şirkətin sosial investisiyalar üzrə mütəxəssisi Babək Həmidov tərəfindən aparılıb. Tədbirdə BANM-ın “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisaslarının tələbələri iştirak ediblər.

    Təqdimatın əsas məqsədi tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaları üçün lazımı bacarıqlara yiyələnməsinə dəstək olmaqdır. “Skills Refinery” tələbələrdə beş bacarıq sahəsində - kritik məsələlərin həlli, innovasiya, təsir və ünsiyyət, koqnitiv çeviklik və emosional intellekt sahələrində öz qabiliyyətlərini sınamaq və inkişaf etdirmək fürsəti verir.

    Məzun və təcrübə proqramları üzrə mütəxəssis Mehriban Şıxzamanova tələbələr qarşısında çıxışı zamanı bildirib ki, “Skills Refinery” tələbələrə özlərini sınamağa, interaktiv yoxlamalardan istifadə etməklə bacarıqlarını təkmilləşdirməyə, nailiyyətlərini izləməyə imkan verir.

    Təqdimat sual cavab sessiyası ilə yekunlaşıb.

    Qeyd edək ki, “Skills Refinery” proqramının üzvləri üçün rəqabət və həyəcan hissini artırmaq məqsədilə BP şirkəti tərəfindən qlobal yarış təşkil olunacaq. Tələbələr video təqdimat yolu ilə ölkə səviyyəsində yarışmaq üçün qruplar təşkil etməli olacaqlar. Ölkə səviyyəsində qalib gələnlər yarışmanı 2019-cu ildə “One Yound World” Ümumdünya gənclər sammitinin 10-cu ildönümü münasibətilə Londonda keçiriləcək zirvə toplantısına eksklüziv səyahət qazanmaq fürsəti uğurunda qlobal yarışmaya qatılacaqlar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi