BANM-da Beynəlxalq Qadınlar Günü qeyd edilib

BANM-da Beynəlxalq Qadınlar Günü qeyd edilib Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan təntənəli tədbir keçirilib.
Elm və təhsil
7 Mart , 2019 14:00
BANM-da Beynəlxalq Qadınlar Günü qeyd edilib

Bakı. 7 mart. REPORT.AZ/ Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan təntənəli tədbir keçirilib. 

Ali Məktəbdən "Report"a bildirilib ki, tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbir öncəsi Azərbaycanın dövlət himni səsləndirilib.

E.Qasımov bütün Azərbaycan xanımlarının timsalında BANM-ın xanım kollektivini 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edib. Rektor bildirib ki, hər il 8 Mart ölkədə böyük həvəslə qeyd edilir, dövlət və ya özəl olmağından asılı olmayaraq əksər müəssisələrdə bu münasibətlə tədbirlər təşkil olunur. Rektor qeyd edib ki, Prezident İlham Əliyev ölkədə qadın hərəkatına böyük önəm verir, Azərbaycanın xoşbəxt gələcəyi uğrunda çalışan xanımlara hər zaman dəstək göstərir. E.Qasımov həmçinin qeyd edib ki, BANM-da xanım tələbələrin sayı əvvəlki illərə nisbətən xeylı artıb, əməkdaşların isə 60%-dən çoxu qadınlardır.

Rektor BANM-ın fəaliyyətində uzun illər öz töhfəsini verən 10 xanım əməkdaşı da mükafatla təltif edib, eyni zamanda Ali Məktəbin bütün xanım işçilərini və tələbələrini hədiyyələrlə təbrik edib.

Tədbir konsert proqramı ilə davam edib. Qadınlara həsr olunmuş musiqili proqramda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və BANM-ın Musiqi Klubunun üzvləri öz ifaları ilə xanımlar üçün bayram əhval-ruhiyyəsi yaradıblar. 

Son xəbərlər

Orphus sistemi