BANM “Bilik sərgisi”ndə təmsil olunub

BANM “Bilik sərgisi”ndə təmsil olunub Sərgidə şagirdlər dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər
Elm və təhsil
1 Dekabr , 2016 10:57
BANM “Bilik sərgisi”ndə təmsil olunub

Bakı. 1 dekabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bakı İstedadlar Təhsil Kompleksində Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “İkinci Bilik Sərgisi”ndə iştirak ediblər.

Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, kompleksin 7-10-cu sinif şagirdlərinin 35-dən çox müxtəlif mövzuda hazırladıqları layihələrə Bakı Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universiteti, AMEA Botanika İnstitu, STEM təhsil mərkəzi, ULTRA Texnologiyalar şirkəti, HELP Mühəndislik proqramı və Alma store şirkətləri də öz stendləri ilə dəstək olublar. 

Sərgidə şagirdlər dərsdə təbiət fənləri üzrə öyrəndikləri nəzəri bilikləri praktiki işlərlə nümayiş etdirmək imkanı əldə ediblər.

Sərginin açılış mərasimində iştirak edən SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şagirdləri və müəllimləri təbrik edib, Beynəlxalq məktəb olaraq belə tədbirlərin keçirilməsinin önəm və əhəmiyyətindən danışıb. 

Bakı İstedadlar Təhsil Kompleksinin direktoru Sigve Austheim sərgidə iştirak edən şagirdləri təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Daha sonra qonaqlar şagirdlərin hazırladıqları layihələrlə tanış olublar.

“Bilik sərgisi” münsiflər heyəti tərəfindən seçilən şagirdlərin sertifikat, medal və hədiyyələrlə mükafatladırılması mərasimindən sonra konsert proqramı ilə başa çatıb.

Qeyd edək ki, Qlobal İstiləşmə İqlim dəyisikliklərinə həsr olunan bu bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qalib şagirdlər BİTK-i dünyanın müxtəlif ölkələrində təşkil olunan Beynəlxalq Layihə Olimpiadalarında təmsil edəcəklər.

Son xəbərlər

Orphus sistemi