Yuxarı
    Bağlamaq

    BANM “10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisi”ndə təmsil olunub

    Rektor Elmar Qasımov sərgidə iştirak edib

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı Ali Neft Məktəbi (BANM) Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan “10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisi”ndə təmsil olunub.

    Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, sərgidə BANM-in yeni kampusunun maketi, müxtəlif broşürlər, kitablar və digər tanıtım materialları təqdim edilib.

    BANM-in rektoru Elmar Qasımov sərgidə iştirak edib.

    BANM-in əməkdaşları və tələbələri ziyarətçilərin, xüsusilə tələbələrin və BANM-də təhsil almaq istəyən yuxarı sinif şagirdlərinin suallarını cavablandırıblar.

    Qeyd edək ki, bu il “Təhsil Sərgisi”ndə Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisələri, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış ediblər. Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi