Bakının turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının icrasına başlanılıb

Bakının turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının icrasına başlanılıb Proqramın məzunları dövlət tərəfindən tanınan diplomla təltif olunacaqlar
Elm və təhsil
4 Oktyabr , 2016 20:21
Bakının turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının icrasına başlanılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakının 5 ulduzlu otelləri ilə birlikdə turizm xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramının icrasına başlanılıb.

“Report”un məlumatına görə, layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, üç ixtisas (Aşpaz, Oteldə konsiyerj və Təsərrüfat İşləri üzrə nəzarətçi) üzrə milli peşə standartları və kvalifikasiyalarına uyğun kurrikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının həyata keçirilməsidir. Yeni proqramlar 5 nömrəli Bakı peşə liseyində oktyabrın 10-dan etibarən tədris olunacaq.

Proqramın məzunları dövlət tərəfindən tanınan diplomla təltif olunacaqlar.

Layihə British Council, Təhsil Nazirliyi və turizm sənayesi (otellər) ilə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində həyata keçirilir.

Xatırladaq ki, pilot proqramın materiallarının hazırlanması və layihə çərçivəsində müəllimlərin təlimi Birləşmiş Krallığın People1st təşkilatı tərəfindən həyata keçirilib. Proqram Birləşmiş Krallığın peşə təlimində iş üzrə təcrübəyə əsaslanan ekspertizasından yararlanıb. People 1st təşkilatı 3 ixtisas (Aşpaz, Oteldə Konsiyerj və Təsərrüfat İşləri üzrə nəzarətçi) üçün kurrikulumun hazırlanmasında rol oynamışdır. Proqramın digər peşə təhsili müəssisələrində də tətbiq olunaraq Bakı və digər bölgələrin də otellərini əhatə etməsi nəzərdə tutulub.

People 1st təşkialtının ustad təlimçisi və texniki müəllifi – Jeyn Norman – cari ilin mart ayında 12 seçilmiş təlimçi üçün otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlim keçmişdir. Təlimçilər proqram çərçivəsində hazırlanmış kurrikulmun əsasında 2016-2017-ci akademik tədris ilinin oktyabr-iyun ayları müddətində ixtisas yönümlü dərslərin keçirilməsinə cəlb olunacaqlar.

Azərbaycanda turizm xidmət sahəsi cari ildə xüsusi olaraq irəliləmişdir və bu səbəbdən də qabiliyyətli işçilərə ehtiyac daha da artıb. Proqram peşə təhsili sektoruna yeni kurrikulum, yeni peşələr, yeni təlim metodları və yeni tipli iş üzrə təcrübəyə əsaslanan modelləri gətirəcək. 

Son xəbərlər

Orphus sistemi