Yuxarı
    Bağlamaq

    Bakının məktəbdənkənar təhsil müəssisələrində çalışanların qiymətləndirilməsi keçiriləcək

    Qiymətləndirmə bu ilin noyabr ayında keçiriləcək

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Bakı şəhərində yerləşən məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

    Təhsil Nazirliyindən “Report”a verilən məlumata görə, qiymətləndirmə nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi və “Allianz MMC” tərəfindən aparılacaq.

    Qiymətləndirmənin həyata keçirilməsində məqsəd məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün mövcud kadr potensialından daha səmərəli istifadə etmək, əldə olunacaq təcrübədən bu sahədə kadrların yerdəyişməsi və işə qəbulu qaydalarının tətbiqi zamanı yararlanmaqdır.

    Qiymətləndirmə test və müsahibə olmaqla iki mərhələ üzrə keçiriləcək.

    Birinci mərhələdə məktəbdənkənar təhsil müəssisələrində çalışan dərnək rəhbərlərinin və məşqçi-müəllimlərin peşə, informasiya texnologiyaları, məntiqi düşünmə qabiliyyəti üzrə bilikləri yoxlanılacaq. İkinci mərhələdə isə onların dil bilikləri, nitq qabiliyyəti və tibbi-psixoloji durumu qiymətləndiriləcək.

    Qiymətləndirmə bu ilin noyabr ayında keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi