Təhsil Nazirliyi Bakının iki məktəbinin gimnaziyalara birləşdirilməsinə qərar verib

Təhsil Nazirliyi Bakının iki məktəbinin gimnaziyalara birləşdirilməsinə qərar verib 133 və 150 nömrəli tam orta məktəblər İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyinə birləşdirilib
Elm və təhsil
1 Sentyabr , 2015 11:14
Təhsil Nazirliyi Bakının iki məktəbinin gimnaziyalara birləşdirilməsinə qərar verib

Bakı. 1sentyabr. REPORT.AZ/ Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 2 məktəb - 133 və 150 nömrəli tam orta məktəblər Təhsil Nazirliyinin birbaşa tabeliyində olan İ.Əfəndiyev adına Elitar Gimnaziyaya və T.İsmayılov adına 6 nömrəli məktəb-liseyinə birləşdirilib. Bu barədə "Report"a Bakı şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, 2011-ci ildə əsaslı təmir olunan 133 nömrəli tam orta məktəb 400 şagird yerlikdir. Burada 336 şagird təhsil alır, 39 müəllim işləyir. Həmin ildə əsaslı təmir olunan 150 nömrəli tam orta məktəb isə 800 şagird yerlikdir. Burada şagirdlərin sayı 507, müəllimlərin sayı 92 nəfər təşkil edir: "Sözügedən məktəblərin yaxın ərazidə yerləşən, təlim-tərbiyə sahəsində yüksək nəticələrə malik ümumtəhsil müəssisələrinə birləşdirilməsi təhsildə keyfiyyət amilinin və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət edəcək".

Təhsil İdarəsindən bildirilib ki, bu qərar  “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması çərçivəsində qəbul edilib. 

Son xəbərlər

Orphus sistemi