Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib

Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib Bakı. 25 aprel. REPORT.AZ/ Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.
Elm və təhsil
25 Aprel , 2018 10:41
Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib

Bakı. 25 aprel. REPORT.AZ/ Bakının bəzi məktəblərində yaz tətilinin tarixi dəyişdirilib.

Bu barədə “Report”a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda xatırladılıb ki, “Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb. Həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1 - 5 maydakı yaz tətilinin 24 - 30 aprelə keçirilməsi, 5 - 11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi