Yuxarı

Bakının 265 nömrəli məktəbində Bilik Günü qeyd olunub

Bakının 265 nömrəli məktəbində Bilik Günü qeyd olunub

Bakının Xətai rayonu ərazisində yerləşən 265 nömrəli tam orta məktəbdə 2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq, tədbir keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə məktəbin kollektivi ilə yanaşı, I sinfə qəbul olan şagirdlər və onların valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edən məktəbin direktou Yeganə Qurbanova I sinif şagirdlərinə uğurlar arzulayıb. O, məktəbin bu ilki məzunlarının uğurlarından söz açıb. Direktor bildirib ki, 11 il öncə 265 nömrəli tam orta məktəbdə təhsil almağa başlayan şagirdlər artıq ali təhsil müəssisələrinin tələbələridir: "İnanıram ki, 11 ildən sonra siz də nüfuzlu təhsil müəssisələrininin tələbəsi olacaqsınız. O zaman biz müəllimləriniz də sizin uğurlarınıza baxıb sevinəcəyik".

Tədbir I sinif şagirdləri arasında sevinclə qarşılanıb.

Daha sonra şagirdlər siniflərə daxil olaraq yeni tədris ilinin ilk dərsinə başlayıblar.

Qeyd edək ki, sözügedən təhsil müəssisəsi 1983-cü ildən fəaliyyət göstərir. Məktəb Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə şəhid olan məzun MirYusif Yusifovun adını daşıyır. Məktəbdə 99 nəfər müəllim çalışır. Cari dərs ilində məktəbin 53 sinfində 1310 şagird təhsil alır. Bu təhsil ocağı 2010/2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsində "ilin məktəbi" adına layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi