Bu gündən Bakının 124 məktəbində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək - SİYAHI

Bu gündən Bakının 124 məktəbində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək - SİYAHI 2016-cı il dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlara məktəbə­hazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd veriləcək
Elm və təhsil
2 Noyabr , 2015 12:47
Bu gündən Bakının 124 məktəbində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək - SİYAHI

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gündən Bakının 124 orta məktəbində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. "Report" xəbər verir ki, hazırlıq qrupları mayın 31-dək davam edəcək.

Həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında təcrübəli, bacarıqlı, intellektual və peşəkar ibtidai sinif müəllimlərinə üstünlük verilib.

Qeyd edək ki, 2016-cı il dekabrın 31-dək 6 yaşı tamam olan uşaqlara məktəbə­hazırlıq qruplarını bitirəndən sonra rəsmi sənəd - sertifikat veriləcək.

Məktəbəhazırlıq qrupları aşağıdakı məktəblərdə təşkil olunacaq:

Binəqədi rayonu üzrə ­100, 143, 144, 157, 246, 284, 300, Nərimanov rayonu üzrə 34, 36, 39, 45, 47, 57,­ 212, 258, Nəsimi rayonu üzrə 5, 19, 35,­ 46, 54, 111, 159, 164, 240, 16 THL, Nizami rayonu üzrə 10, 32, 62, 70, 129, 201­, 210, 220, 229, 238, 250, 272, Pirallahı rayonu üzrə 168, 235, Qaradağ rayonu üzrə 110, 233, 274, 288, 294, 319, 320, 3­21, Sabunçu rayonu üzrə 68, 71, 75, 80, ­96, 108, 112, 128, 142, 148, 155,187, 18­8, 252, 255, 307, 310, Səbail rayonu üzrə 7, 51, Suraxanı rayonu üzrə 84, 87, 89­, 101, 104, 114, 140, 141, 146, 226, 232­, 270, 275, 279, 281, 282, 285, 290, 316­, 317, 318, 327, Xətai rayonu üzrə 17, 2­4, 29, 48, 56, 58, 59, 64, 95, 138, 165,­ 191, 204, 221, 245, 257, 263, 264, 265, Xəzər rayonu üzrə 117, 119, 120, 121, 1­23, 124, 125, 156, 181, 183, 234, 322, Yasamal rayonu üzrə 18, 20, 53, 60, 153.  

Son xəbərlər

Orphus sistemi