Yuxarı

Bakıdakı məktəblərdən daha birinin direktoru vəzifəsindən azad olunub

Bakıdakı məktəblərdən daha birinin direktoru vəzifəsindən azad olunub

Mikayıl Cabbarov məktəbə yeni direktor təyin edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Bakı şəhəri Sabunçu rayonu, Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən azad olunub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi faktı "Report"a təsdiqləyib.

İdarədən bildirilib ki, çalışmanın yaş həddinə çatması ilə əlaqədar həmin məktəbin direktoru Qazıbəyova Qurbantac Qurban qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. 

Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Quliyev Yasin Yaqub oğlu həmin məktəbin direktoru vəzifəsinə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi