Bakıdakı məktəblərdə məktəbəhazırlıq qruplarının sayı artırılır

Bakıdakı məktəblərdə məktəbəhazırlıq qruplarının sayı artırılır Yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq
Elm və təhsil
9 Yanvar , 2015 12:19
Bakıdakı məktəblərdə məktəbəhazırlıq qruplarının sayı artırılır

Bakı. 9 yanvar. REPORT.AZ/ Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının sayı artırılır. "Report" xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilib.

Yanvarın sonunadək yeni qruplara uşaqların qeydiyyatı aparılacaq və məşğələlərə start veriləcək. Bu qruplarda məşğələlər iyunun sonunadək davam edəcək.

Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 89 məktəbdə fəaliyyət göstərən hazırlıq qruplarına 1 907 uşaq cəlb olunub. Sayı 145-ə çatan qruplarda 142 müəllim çalışır. Azərbaycan bölməsi üzrə 118, rus bölməsi üzrə 27 qrup yaradılıb. Azərbaycan bölməsi üzrə qruplarda uşaqların sayı 1 579, rus bölməsi üzrə qruplarda isə 328 nəfərdir.

Həftədə 4 gün fəaliyyət göstərən hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, müəyyən bilikləri əldə etməsidir.

Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər təcrübəli, bacarıqlı, eyni zamanda Müəllimlərin Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərmiş ibtidai sinif müəllimlərinə həvalə olunub.

Qeyd olunan qruplar Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində pilot məktəbəhazırlıq qruplarının təşkili barədə” və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti barədə” əmrlərinə əsasən yaradılıb.

Son xəbərlər

Orphus sistemi