Bakıda yenidən keçirilən diaqnostik qiymətləndirilmədə ən çox ibtidai sinif müəllimləri iştirak edir

Bakıda yenidən keçirilən diaqnostik qiymətləndirilmədə ən çox ibtidai sinif müəllimləri iştirak edir Diaqnostik qiymətləndirilmədə ümumilikdə 2 403 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulub
Elm və təhsil
29 Oktyabr , 2015 19:05
Bakıda yenidən keçirilən diaqnostik qiymətləndirilmədə ən çox ibtidai sinif müəllimləri iştirak edir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimlərin bu gündən başlayan və oktyabrın 31-dək davam edəcək diaqnostik qiymətləndirilməsində ümumilikdə 2 403 nəfər müəllimin iştirak etməsi nəzərdə tutulub. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, iştirakçıların 2 003 nəfəri Azərbaycan, 400 nəfəri isə rus bölməsində tədris aparan müəllimlərdir.

İmtahan iştirakçılarından ibtidai sinif (860 nəfər), riyaziyyat (194 nəfər), Azərbaycan dili (181 nəfər), tarix (124 nəfər) müəllimləri sayca üstünlük təşkil edir.

Qeyd edək ki, bu gün coğrafiya, biologiya, fiziki tərbiyə, fransız dili, GÇHR, kimya, musiqi, rus dili, ingilis dili, təsviri incəsənət, alman dili, fizika, texnologiya üzrə müəllimlərin bilikləri yenidən yoxlanılıb. Sabah riyaziyyat, tarix, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, ibtidai sinif, oktyabrın 31-də isə yalnız ibtidai sinif müəllimləri imtahan verəcəklər.

Son xəbərlər

Orphus sistemi