Yuxarı

​Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilmiş beynəlxalq konfrans başlayıb

Üçgünlük tədbirdə 10 ölkədən 21 qonaq iştirak edir

Bakı. 3 may. REPORT.AZ/ Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr edilən “Ulu öndər Heydər Əliyev irsində multikultural və tolerant dəyərlər” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Bu barədə "Report"a Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən bildirilib.

Məlumata görə, tədbir Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə keçirilir. 

330 yerli və xarici alimin məqalələrinin qəbul olunduğu, çoxsaylı plenar və bölmə iclaslarının keçirilməsi nəzərdə tutulan konfransda 10 ölkədən - Rusiya, Bolqarıstan, Türkiyə, Gürcüstan, İtaliya, ABŞ, Qazaxıstan, Moldova, İsveç və Polşadan 21 qonaq iştirak edir.

Konfrans mayın 5-dək davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi