Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək Ali təhsil müəssisələrinin pulsuz və təqaüdlü təhsil imkanları haqqında geniş məlumat veriləcək
Elm və təhsil
26 Aprel , 2017 18:10
Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 29-30-da Türkiyə universitetlərinin və yataqxanalarının iştirakı ilə Bakıda növbəti təhsil sərgisi keçiriləcək. 

"Report" xəbər verir ki, tədbir “Təhsil” Cəmiyyəti və “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Hilton” otelində təşkil olunacaq. 

Sərgidə tələbələrə xaricdə yüksək keyfiyyətli təhsil imkanları, yataqxanalar və digər məsələlər, həmçinin bu universitetlərin pulsuz və təqaüdlü təhsil imkanları haqqında geniş məlumat veriləcək.

Tədbirdə Türkiyənin 20-dən artıq dövlət və özəl universitetləri - Bilkent Universiteti, Beykent Universiteti, Doğuş Universiteti, İstanbul Aydın Universiteti, Bahçeşehir Universiteti, Sabancı Universiteti, İstanbul Bilgi Universiteti, TED Universiteti, İstanbul Kemerburgaz Universiteti, İğdır Universiteti, Üsküdar Universiteti, İstanbul Şehir Universiteti, İstinye Universiteti, Artvin Çoruh Universiteti, Fatih Sultan Mehmet Universiteti və s. iştirak edəcək. Onlardan bir çoxu yeni dərs ilində azərbaycanlı tələbələr üçün endirimli qiymətlərini təqdim edəcəklər. 

Azərbaycan Təhsil Nazirliyinin nümayəndələrinin, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulub. Sərgiyə giriş ödənişsizdir. Ətraflı məlumat və onlayn qeydiyyatdan keçmək üçün akademi.az müraciət olunmalıdır.

Qeyd edək ki, sərginin informasiya dəstəkçisi "Report" agentliyidir. 

Son xəbərlər

Orphus sistemi