Yuxarı
    Bağlamaq

    Bakıda Türkiyə universitetlərinin təhsil sərgisi keçiriləcək

    © Report

    Bakı. 30 mart. REPORT.AZ/ KÜNİB (Qafqaz Universitetləri Birliyi) Bakıda təhsil sərgisi keçirəcək.

    "Report" xəbər verir ki, mart 31-də - aprelin 1-də "Pullman Baku Hotel"də (köhnə "Kempinski Hotel Badamdar") təşkil olunacaq sərgidə Türkiyə və Azərbaycanın nüfuzlu universitetləri iştirak edəcəklər.

    Tədbirdə Türkiyədə bakalavr, magistratura və doktorantura təhsili almaq imkanları barədə geniş məlumat almaq, qardaş ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları ilə görüş imkanı olacaq.

    Qeyd edək ki, KÜNİB-ə dünyanın 14 ölkəsindən 160-a yaxın universitet üzvdür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi