​Bakıda "Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda Respublika Forumu keçirilir

​Bakıda "Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda Respublika Forumu keçirilir Tərcümə Mərkəzi: "Tərcüməçilik tədrisi yeni əsaslar və qaydalar üzrə qurulmalıdır"
Elm və təhsil
29 Yanvar , 2016 21:11
​Bakıda Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil mövzusunda Respublika Forumu keçirilir

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Qafqaz Universitetində ARNK yanında Tərcümə Mərkəzi, Qafqaz Universiteti, Dillər Universiteti və "British Council"un təşkilatçılığı ilə "Tərcümə ixtisasının tədrisi, mövcud problemlər və təhlil" mövzusunda Respublika Forumu öz işinə başlayıb.

"Report" xəbər verir ki, Tərcümə Mərkəzinin direktoru Afaq Məsud ölkədə tərcümə işinin təşkili və tənzimlənməsi ilə bağlı görülən işlərdən, tərcüməçilik tədrisinin yeni əsaslar və qaydalar üzrə qurulmasının vacibliyindən danışıb: "Aparılan araşdırmalar ölkəmizdə tərcüməçilik tədrisinin müvafiq səviyyədə qurulmadığını, belə bir strateji əhəmiyyətli sahənin tədrisinin, sadəcə dil mənimsənilməsi tədrisi qismində təşkil olunduğunu aşkar edib. Lakin tərcüməçilik, təkcə hansısa dilə yiyələnmək demək deyil. Bu, xüsusi qabiliyyət və bacarıq tələb edən, çox məsul və yaradıcı sahədir".

Tərcümə tədrisinin spesifik sahələr üzrə qurulmasının zəruriliyinə toxunan direktor, magistr pilləsində bu prosesin mükəmməl mərhələyə çatdırılmasının vacibliyini qeyd edib və tərcümə tədrisinin yenilənməsini şərtləndirəcək təkliflərini irəli sürüb.

Son xəbərlər

Orphus sistemi