​Bakıda “Sağlam Həyat Tərzi” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

​Bakıda “Sağlam Həyat Tərzi” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib Müsabiqədə qalib gələn şagirdlərə mükafat və diplomlar təqdim olunub
Elm və təhsil
21 May , 2016 14:27
​Bakıda “Sağlam Həyat Tərzi” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib

Bakı. 21 may. REPORT.AZ/ Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) “Pətək” yeni nəslin mənəvi tərbiyəsi İctimai Birliyi ilə birgə həyata keçirdiyi “Sağlam qida - sağlam nəsil” layihəsinin II mərhələsi olan “Sağlam Həyat Tərzi” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

“Report”un xəbərinə görə, “Sağlam həyat tərzi” adlanan II mərhələyə 24 məktəbdən 1288 şagird qatılıb.

Tədbirdə çıxış edən TİKA-nın Bakıdakı nümayəndəsi Mustafa Haşim Polad deyib ki, gənc nəslin maariflənsi üçün belə layihələr davam etdirilməlidir: “Uşaqlar bizim gələcəyimizdir. Onları qorumalıyıq, sağlam qidalardan istifadə etməlidirlər. Bu layihə də sağlam nəslin yetişdirilməsi üçündür”.

“Pətək” İctimai Birliyinin sədri Sevinc Əsgərova layihə ilə bağlı geniş məlumat verib. S.Əsgərova bildirib ki, bu layihə ölkənin çiçiəkləndirilməsinə xidmət edir: “İstəyirik ki, uşaqlar zərərli vərdişlərdən uzaq olsunlar. Biz onları qorumalıyıq. Bu iş fədakarlıq tələb edir. Bu layihədə iştirak edən müəllim və koodinatorlar məvacib almadan çalışırlar. Burada əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edilib ki, müsabiqədə ekspertlər tərəfindən qiymətləndirilən qaliblər müəyyənləşdirilib. Qalib gələn şagirdlərə mükafat və diplomlar təqdim olunub.

Son xəbərlər

Orphus sistemi