Yuxarı
    Bağlamaq

    Bakıda şagird sıxlığı olan məktəblərin sayı açıqlanıb

    Dinlə
    © Report — Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva

    Bakı. 12 iyun. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxt məktəblərində müşahidə olunan şagird sıxlığı məsələsinə münasibət bildirib.

    "Report"un məlumatına görə, idarənin müdiri Məhəbbət Vəliyeva deyib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yalnız 10 faizində şagird sıxlığı müşahidə olunur.

    "Bizim qənaətimizə görə, bu 31 məktəbdədir. Biz hesab edirik ki, bəzi ərazilərdə yeni tikilən məktəblərin sayəsində bu problemin həllinə nail olacağıq. 2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq", - o vurğulayıb. 

    İdarə müdiri əlavə edib ki, şagird sıxlığını yaxın gələcəkdə aradan qaldırmaq mümkün olmayacaq: "Bunun da səbəbi bəzi məktəblərdə sıxlığın olması və məktəblərin ikinövbəli fəaliyyət göstərməsidir. Ümumiyyətlə, birinci sinfə qəbul məsələlərində ərazi prinsipinin tətbiq olunması bir çox hallarda şagird sıxlığının qarşısının alınmasına şərait yaradır. Çünki bəzən valideynlər evlərinin yaxınlığındakı məktəbi qoyub, uşağı arzu etdikləri məktəbə qoymaqla bağlı müraciət edirlər. Bu zaman bizim münasibətimiz bundan ibarətdir ki, əvvəlcə ərazi üzrə yaşayan uşaqlar məktəbdə təhsil cəlb olunmalıdır, vakant yerlər qaldığı təqdirdə valideyinlərin istək və arzuları nəzərə alınaraq onların da uşaqları məktəbə yerləşdirilə bilər".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi