Bakıda QDİƏT-in Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək

Bakıda QDİƏT-in Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək İclasda QDİƏT-in baş katibi Viktor Tsvirkunun da iştirakı nəzərdə tutulub
Elm və təhsil
21 Noyabr , 2014 14:27
Bakıda QDİƏT-in Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Bu il dekabrın 1-2-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun iclası keçiriləcək. "Report" xəbər verir ki, Bakıda baş tutacaq tədbirdə üzv ölkələrin elm və texnologiyalar məsələləri müzakirəyə çıxarılacaq və bu istiqamətdə fikir mübadiləsi aparılacaq.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək iclas "Bakutel-2014" telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində reallaşdırılacaq.

Dekabrın 3-də isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv ölkələrinin elm və texnologiyalar üzrə nazirlərinin iclası təşkil olunacaq.

İclasda QDİƏT-in baş katibi Viktor Tsvirkunun da iştirakı nəzərdə tutulub. Tədbirdə səlahiyyətli şəxslər çıxış edərək təşkilatın əhatə etdiyi ərazilər üzrə elm və texnologiya məsələlərini gündəmə gətirəcəklər.

İclasın nəticəsi olaraq, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Elm və texnologiya üzrə Əməkdaşlığının 3-cü planı qəbul olunacaq. Eyni zamanda nazirlər bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulub. 

Qeyd edək ki, Azərbaycan Elm və Texnologiyada Əməkdaşlıq üzrə İşçi Qrupunun növbəti dövr üçün koordinatoru seçilib.

Son xəbərlər

Orphus sistemi