Bakı. 22 aprel. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-ci mərhələ ixtisas üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci mərhələ müsahibə) müsabiqə elan edib. Bu barədə "Report"a İdarədən məlumat verilib.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər aprelin 23-dən mayın 1-dək məlumata əlavə olunan müvafiq ərizə formasını dolduraraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər. Yerdəyişmə üçün ərizə verən müəllim təqdim olunan vakant yerlərdən maksimum 3 (üç) yer seçə bilər.
Ərizəyə işlədiyi məktəbdə daimi əsaslarla müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (məktəbin möhürü ilə təsdiq edilməlidir), əmək kitabçasının surəti (məktəbin möhürü ilə təsdiq edilməlidir), şəxsiyyət vəsiqəsinin və diplomun surəti daxildir.
Ərizə forması və