Yuxarı
    Bağlamaq

    Bakıda məktəblilər arasında "Yol hərəkəti qaydaları və mən" mövzusunda keçirilən yarışa yekun vurulub - FOTO - VİDEO

    Qaliblərə fəxri fərman və diplomlar təqdim olunub

    Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında "Yol hərəkəti qaydaları və mən" mövzusunda keçirilən yarışa yekun vurulub. "Report" xəbər verir ki, beş mərhələdən ibarət olan yarış rus bölmələri üçün 245 nömrəli tam orta məktəbdə, Azərbaycan bölməsi üçün isə 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində baş tutub. Yarışda Bakı şəhər 60, 151, 164, 245, 270 nömrəli və Uniser məktəblərindən 200-ə qədər şagird bilik və bacarıqlarını nümayiş etdirib.

    Tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru İsa Deystani, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları iştirak edib.
    Yarışın yekun mərhələsində rəsm, musiqi, kompüter təqdimatları, divar qəzetləri və viktorina nominasiyalarında qalib gələn komandalar müəyyənləşib.

    Qaliblərə Baş Dövlət Yol Polisi İdarəsinin və Bakı Şəhər Təhsil İdarəsinin diplom və fəxri fərmanları təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi