Bakıda məktəblər üçün I sinfə qəbul sistemi hazırlanır

Bakıda məktəblər üçün I sinfə qəbul sistemi hazırlanır Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib
Elm və təhsil
6 Fevral , 2015 18:07
Bakıda məktəblər üçün I sinfə qəbul sistemi hazırlanır

Bakı. 6 fevral. REPORT.AZ/ Bu il Bakı Şəhər üzrə Təhsil İdarəsi valideynlərin rahatlığı, qəbul sisteminin təkmilləşdirilməsi məqsədilə Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin I sinfinə qəbul prosesinin elektron sistem vasitəsilə aparılmasını nəzərdə tutub.İdarədən "Report"a verilən xəbərə görə, bu məqsədlə hazırda sistem üzrərində son tamamlanma işləri aparılır.

Sistemin təkmilləşdirilməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə qəbul prosesində iştirak edən tərəflərlə görüşlərin keçirilməsinə, onların fikir və təkliflərinin öyrənilməsinə başlayıb. Bu səbəbdən Bakı şəhərində yerləşən müxtəlif tipli bir sıra ümumtəhsil məktəblərininin rəhbərləri ilə görüş keçirilib, direktorlar elektron sistemlə aparılacaq qəbul haqqında məlumatlandırılıb.

Son xəbərlər

Orphus sistemi