Bakıda məktəbəhazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların sayı açıqlanıb

Bakıda məktəbəhazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların sayı açıqlanıb Bakı. 27 avqust. REPORT.AZ/ Bakı məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 13 212 ərizənin onlayn qeydiyyatı aparılıb.
Elm və təhsil
27 Avqust , 2018 11:55
Bakıda məktəbəhazırlıq qrupları üzrə qeydiyyatdan keçən uşaqların sayı açıqlanıb
0 : 00
0 : 00

Bakı. 27 avqust. REPORT.AZ/ Bakı məktəblərinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 13 212 ərizənin onlayn qeydiyyatı aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"a bildirilib ki, bu avqustun 27-si saat 11:00-a olan məlumatdır və elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. 

Elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 28-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi