Yuxarı

Bakıda məktəbdə gözyaşardıcı qazdan zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb

Bakıda məktəbdə gözyaşardıcı qazdan zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi 76 saylı tam orta məktəbdə bibər qazından zəhərlənən şagirdlər xəstəxanadan evə buraxılıb.

Bu barədə "Report"a məktəbdən məlumat verilib.

Bildirilib ki, məktəbdə şagirdlərin valideynləri ilə görüş keçirilib. Valideynlərə tövsiyə edilib ki, övladları dərsə gələrkən onların çantalarına qoyduqları əşyalara xüsusi nəzarət edilsin.

Təhsil ocağından qeyd olunub ki, hazırda məktəbdə hər şey qaydasındadır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi