Bakıda məktəb direktorları üçün seminar keçirilib

Bakıda məktəb direktorları üçün seminar keçirilib Seminarı Türkiyənin təhsil eksperti Erdem Söylemez aparıb
Elm və təhsil
27 Oktyabr , 2016 20:47
Bakıda məktəb direktorları üçün seminar keçirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən “Direktorlar klubu”nun üzvləri üçün seminar keçirilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, seminarda Türkiyənin təhsil eksperti Erdem Söylemez "Məktəbdaxili təşkilati mədəniyyətin formalaşdırılması" mövzusunda çıxış edib və direktorları maraqlandıran sualları cavablandırıb.

Seminar zamanı məktəbdaxili təşkilatçılıqda bərabərlik və ədalət, idarəetmədə şəxsi nümunələr, pozitiv nitqin vacibliyi, öyrənməyə açıq olmaq, bölüşmək və əməkdaşlıq, qarşılıqlı hörmət haqqında geniş müzakirələr aparılıb.

Qeyd edək ki, “Direktorlar klubu”nun üzvləri Təhsil Nazirliyinin direktorluq vəzifəsi üçün elan etdiyi müsabiqədən uğurla keçən və 2016-ci ildə məktəb direktoru vəzifəsinə təyinat alan şəxslərdir.

Son xəbərlər

Orphus sistemi