Bakıda koronaviruslu günlərdə olimpiada keçirildi

Bakıda koronaviruslu günlərdə olimpiada keçirildi İyunun 5-də Respublika fənn olimpiadalarının riyaziyyat və fizika fənləri üzrə final turu keçirilib.
Elm və təhsil
5 İyun , 2020 13:26
Bakıda koronaviruslu günlərdə olimpiada keçirildi

İyunun 5-də Respublika fənn olimpiadalarının riyaziyyat və fizika fənləri üzrə final turu keçirilib.

Təhsil Nazirliyindən "Report"a verilən məlumat görə, final turu Bakı, Şirvan, Mingəçevir şəhərləri, Quba rayonu və Naxçıvan Muxtar Respublikası olmaqla 6 müxtəlif mərkəzdə təşkil edilib.

Hər bir fənn üzrə 72 şagirdin iştirak etdiyi final turunda şagirdlərə 5 tapşırıq təqdim edilib və həlli üçün 4 saat vaxt verilib.

"Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb. Məktəblilərin əvvəlcə hərarətləri yoxlanılıb, daha sonra olimpiadada iştirakına icazə verilib", - nazirlikdən bildirilib.

Respublika fənn olimpiadalarının respublika mərhələsi aşağı və yuxarı olmaqla iki müxtəlif yaş qrupları üzrə aparılır.

Qeyd edək ki, son günlərdə ölkədə koronaviruslu xəstələrin sayı artıb. Artım daha çox Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda müşahidə olunur. Buna görə də Nazirlər Kabineti yanında Operativ Qərargahın ötən gün verdiyi qərara əsasən 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək həmin şəhər və rayonlarda sərt karantin rejimi tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi