Bakıda “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq keçiriləcək

Bakıda “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq keçiriləcək Kurslar 20-23 dekabr tarixlərində saat 16:00-da təşkil olunacaq
Elm və təhsil
14 Dekabr , 2016 21:22
Bakıda “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq keçiriləcək

Bakı. 14 dekabr. REPORT.AZ/ Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı ödənişsiz treninq kursu keçiriləcək.

Mərkəzdən "Report"a verilən məlumata görə, kurslar 20-23 dekabr tarixlərində saat 16:00-da təşkil olunacaq.

Treninq xəttatlıq sənəti üzrə 20 illik təcrübəyə malik misirli mütəxəssis Əşrəf Əhməd Əbdülvahab tərəfindən aparılacaq. Burada ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran tələbələr iştirak edə bilərlər.

Treninqin sonunda iştirakçılara Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyinin sertifikatı təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi