Yuxarı

Bakıda “Əli və Nino” əsərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Əli və Nino” əsərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Konfrans gələn il üçün nəzərdə tutulub

Tbilisi. 5 noyabr. REPORT.AZ/ AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə gələn il Bakıda Qurban Səidin “Əli və Nino” əsərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli söyləyib.

Akademik deyib ki, onun rəhbərliyi ilə Tbilisidə səfərdə olan nümayəndə heyəti Ş.Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun rəhbərliyi ilə görüşüb. Konfransın Bakıda keçirilməsi barədə razılıq da bu görüşdə əldə olunub.

Konfransa bir çox ölkələrdən ədəbiyyatşünas alimlər, filosoflar dəvət olunacaqlar.

İ.Həbibbəyli deyib ki, Azərbaycan və gürcü ədəbiyyatşünasları, mədəniyyət işçiləri konfransa qədər ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında “Əli və Nino” əsərinin rolu, münasibətlərimizin gələcək inkişafı ilə əlaqədar prioritet istiqamətlər barədə elmi məqalələr, təhqiqat əsərləri hazırlayacaqlar.

Elmi konfransda, həmçinin, Azərbaycan və gürcü ədəbiyyatının müstəqillik illərində keçdiyi inkişaf yolu, qazanılan uğurlar barədə də məlumatlar dinləniləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi