Bakıda eksternat qaydasında keçiriləcək imtahanların vaxtları məlum olub

Bakıda eksternat qaydasında keçiriləcək imtahanların vaxtları məlum olub Ərizələrin qəbulu aprelin 1-dən 20-dək qəbul ediləcək
Elm və təhsil
18 Mart , 2016 16:17
Bakıda eksternat qaydasında keçiriləcək imtahanların vaxtları məlum olub

Bakı. 18 mart. REPORT.AZ/ Bakıda eksternat qaydasında keçiriləcək imtahanların vaxtları məlum olub. "Report"un xəbərinə görə, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva əmr imzalayıb.

Məqsəd əvvəlki illərdə ümumtəhsil məktəblərində oxuyub ümumi orta və tam orta təhsilini bitirə bilməyən şagirdlər üçün eksternat qaydasında imtahanların keçirilməsini təmin etməkdir.

Əmrə əsasən, ümumi təhsil sektoru eksternlərin ərizələrinin aprelin 1-dən 20-dək qəbul edilərək qeydiyyata alınmasını təmin edilməli, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları rəhbərlik etdikləri məktəblərdə əvvəlki illərdə oxuyub təhsil sənədi ala bilməmiş vətəndaşların müvafiq prosedur qaydaları ilə bağlı məlumatlandırılmalarını və ərizələrinin BŞTİ-yə təqdim olunmasını təmin etməlidirlər.

Ümumi orta və tam orta təhsil proqramları üzrə eksternat qaydasında imtahanların təşkili və keçirilməsi üçün Bakı şəhəri 45 nömrəli tam orta məktəb baza məktəbi olaraq müəyyən edilib. 45 nömrəli tam orta məktəbin direktoru Nazilə Məmmədova imtahanların təşkili üçün zəruri təşkilati tədbirlərin görülməsini həyata keçirməlidir.

Əmrin icrasına nəzarət müdir müavini Məmmədəli Kəsəmənliyə həvalə edilib.

Son xəbərlər

Orphus sistemi