Bakıda doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı keçiriləcək

Bakıda doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı keçiriləcək Bununla bağlı təhsil naziri əmr imzalayıb
Elm və təhsil
14 Mart , 2016 19:27
Bakıda doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı keçiriləcək

Bakı. 14 mart. REPORT.AZ/ Təhsil naziri Mikayıl Cabbarov doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.

Əmrə əsasən, doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransı 24-25 mayda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində keçiriləcək.

Əmrə görə, konfransın Təşkilat komitəsinin tərkibi və Əsasnaməsi təsdiq edilməli, ali təhsil müəssisələrinin rektorları doktorantların və gənc tədqiqatçıların məruzə tezislərini 11 aprelədək Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə təqdim etməlidirlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Son xəbərlər

Orphus sistemi