Bakıda diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin sayı açıqlanıb

Bakıda diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin sayı açıqlanıb "Qiymətləndirilmənin dekabr ayında keçirilməsi planlaşdırılır"
Elm və təhsil
3 Noyabr , 2016 16:13
Bakıda diaqnostik qiymətləndirilmədə iştirak edəcək müəllimlərin sayı açıqlanıb

Bakı. 3 noyabr. REPORT.AZ/ "Bu il Bakı şəhərində keçiriləcək diaqnostik qiymətləndirilmədə təqribən 3 minə yaxın müəllim iştirak edəcək". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, budəfəki proses müəllimlərin əmək haqlarının artırılmasına xidmət edir: "Hazırda qiymətləndirilmə üçün təşkilati işlər aparılır. Qiymətləndirilmənin dekabr ayında keçirilməsi planlaşdırılır".

M.Vəliyeva ötən illərdə Bakıda işləyən müəllimlərin təxminən 28 minə yaxınının qiymətləndirilmədə iştirak etdiyini xatırladıb.

Qeyd edək ki, əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirilmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul olan müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaq. Paytaxtla yanaşı, ölkənin 26 rayon və şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Son xəbərlər

Orphus sistemi