Yuxarı

​Bakıda dərsə davamiyyətin ən aşağı səviyyədə olduğu rayonların adları açıqlanıb

Ali təhsil müəssisələrində tələbələrin buraxdığı dərslərdən 325 447-si xəstəliklə bağlı olub

Bakı. 26 aprel. REPORT.AZ/ 2014/2015-ci tədris ilində Bakı şəhəri üzrə ali məktəb tələbələri 606 138 gün dərs buraxıb.

"Report" Bakı Şəhər statistika İdarəsinə istinadən xəbər verir ki, orta ixtisas təhsili müəssisələrində buraxılan dərs günlərinin sayı isə 53 001 olub.

Ali təhsil müəssisələrində tələbələrin buraxdığı dərslərdən 325 447-si xəstəliklə bağlı olub. Orta ixtisas müəssisələrində isə buraxılan dərslərin 29 547-si xəstəliklə bağlı olub.

Dərslərə davamiyyətin ən aşağı olduğu rayonlar Yasamal (16 494 gün dərs buraxılıb), Nərimanov (13 361 gün), Sabunçu rayonları (9 377 gün) olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi