Yuxarı
    Bağlamaq

    Bakıda birinci sinif şagirdini döyən müəllim işdən çıxarılıb

    Bakı. 2 may. REPORT.AZ/ Bakıdakı 189-190 saylı orta məktəbdə birinci sinif şagirdini döyməkdə günahlandırılan müəllim işdən çıxarılıb.

    "Report"un xəbərinə görə, bu barədə uşağın valideyni Xanım Əliyeva öz Facebook səhifəsində məlumat yayıb.

    X.Əliyeva məsələnin ədalətli həll olunduğuna görə Təhsil Nazirliyinə təşəkkür edib.

    Qeyd edək ki, hadisə iki gün öncə baş verib. X.Əliyeva Facebook-da məlumat yayaraq qızının döyüldüyünü, nəticədə alnının şişdiyini bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi