Yuxarı
    Bağlamaq

    Bakıda beynəlxalq təhsil sərgisi açılıb

    Sərgidə dünyanın 16 ölkəsindən 124 müəssisə iştirak edir

    Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Bakı "Ekspo" Mərkəzində IX Azərbaycan beynəlxalq təhsil sərgisinin rəsmi açılışı keçirilib. "Report" xəbər verir ki, açılışda çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov sərgidə dünyanın 16 ölkəsindən 124 müəssisənin iştirak etdiyini bildirilib.

    Onun sözlərinə görə, Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi Təhsil Nazirliyinin rəsmi dəstəyi və fəal iştirakı ilə təşkil olunur: "Ənənəvi olaraq, təhsil sərgisi karyera sərgisi ilə eyni vaxtda keçirilir və həm öz miqyasına, həm də tərkibinə görə Azərbaycanda təhsil xidmətləri üzrə ən böyük tədbir hesab olunur".

    Bu il təhsil sərgisində Azərbaycan, Rusiya, Latviya, Litva, Niderland Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Polşa, ABŞ, Türkiyə, Qazaxıstan, İsveçrə, Macarıstan və digər ölkələrin 130-dan çox ali təhsil müəssisəsi, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.

    Sərgidə azərbaycanlı tələbələr üçün xaricdə təhsil imkanları barədə məlumatlar Latviya, Litva, Polşa, Türkiyə və ABŞ-ın milli stendlərində təqdim olunacaq. Latviya və ABŞ bu sərginin debütantlarıdır.

    Sərgidə ilk dəfə iştirak edən xarici ali təhsil müəssisələri arasında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti, Kazan Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, Akademik S.P.Korolyov adına Samara Dövlət Aerokosmik Universiteti, Latviya Nəqliyyat və Rabitə İnstitutu, “МИСиС” Milli Elmi-Tədqiqat Texnologiya Universiteti, N. P. Oqarev adına Mordoviya Dövlət Milli Elmi-Tədqiqat Universiteti, Polşa Avroregional İqtisadiyyat Universiteti və digər təhsil müəssisələri yer alır.

    Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və “MBA” proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.

    Sərgi oktyabr ayının 11-nə kimi davam etdirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi