Yuxarı

Bakıda Beynəlxalq ərəb dili günü qeyd olunub

ADU-nun ərəb dili müəllimləri fəxri fərmanla təltif ediliblər

Bakı 25 dekabr. REPORT.AZ/ Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq Ərəb dili günü qeyd olunub.

Misir Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, tədbirin rəsmi hissəsini açan Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Beynəlxalq Ərəb dili gününün Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis olunmasından danışıb.

Tədbirdə Azərbaycanda akkreditə olunmuş ərəb dövlətlərinin səfirlikləri və səfirliklərin nümayəndəlikləri ilə yanaşı Misir Mədəniyyət Mərkəzi də iştirak edirdi.

Mərkəzin müdiri Dr. Əhməd Sami Elaydi tədbirin təşkil edilib həyata keçirilməsinə görə universitetin rəhbərliyinə, müəllim və tələbə heyətinə təşəkkürünü bildirib. Sonra Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidova Misir Ali Təhsil Nazirliyinin mükafatını, universitetin Ərəb dili müəlliməsi Ülviyyə Hüseynovaya Misir Mədəniyyət Mərkəzi adından fəxri fərman təqdim edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi