Bakıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib

Bakıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Elm və təhsil
20 Fevral , 2019 14:25
Bakıda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib

Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

"Report"un məlumatına görə, konfransı İnstitutun direktoru, akademik Möhsün Nağısoylu açaraq 21 fevral Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb və bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib. 

Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayan akademik Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq sərəncamının əhəmiyyətini vurğulayıb. M.Nağısoylu Azərbaycan dilinin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb, İnstitutda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib. Akademik deyib ki, Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı ana dilimizin tətbiqi, təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir.

Akademik Nizami Cəfərov qeyd edib ki, dil cəmiyyəti inkişafa apardığı kimi, iflasa da aparır. O buna görə də dili mütəmadi olaraq redaktə etməyin lazım olduğunu vurğulayıb.

Professor Buludxan Xəlilov isə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin dilimizin inkişafına verdiyi mühüm töhfəsində danışıb. 

Ümumilikdə, ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alimlər dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıblar.

Konfransda dosent Elşad Abışov “Azərbaycan dilinin inkişaf tarixinə bir baxış”, dosent Füzuli Mustafayev “Azərbaycan dilinin inkişafında kinonun rolu”, elmi işçi Rəxşanə Babazadə “Ana dilinin saflığının qorunması” adlı məruzələrlə çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi