Yuxarı

Bakıda Azərbaycan-Fransa Universitetinin təqdimatı keçirilib

UFAZ məzunları iki diplom alacaq

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Fransanın Azərbaycandakı səfiri Oreliya Buşenin iştirakı ilə abituriyentlər və 11-ci sinif şagirdləri ilə görüş keçirilib.

"Report" xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun rektoru Mustafa Babanlı universitet haqqında məlumat verib.

Öz növbəsində, Fransanın Azərbaycandakı səfiri Oreliya Buşe ADNSU çərçivəsində fəaliyyət göstərəcək Azərbaycan-Fransa Universitetinin (UFAZ) bu ilin sentyabr ayında açılacağını bildirib. Səfir UFAZ-ın yaradılmasına göstərdikləri yardıma görə universitetin rektoru və Azərbaycan Təhsil Nazirliyinə təşəkkür edib. O, UFAZ-ın yaradılması barədə razılığın 2015-ci ildə Azərbaycan və Fransa prezidentləri İlham Əliyev və Fransua Olland arasında əldə edildiyini xatırladıb.

Səfirin sözlərinə görə, UFAZ məzunları ikili diplom alacaq: "Yeni universitet geofizika, neft-kimya, mühəndislik və informasiya texnologiyaları kimi sahələrdə tədris aparacaq. UFAZ-da iştirak edən universitetlər nüfuzlu təhsil ocaqlarıdır. Bunlar Strasburq Universiteti və Renn Universitetidir. Tədris ingilis, sonra da fransız dilində aparılacaq. Bu isə məzunlara sonradan asanlıqla xarici şirkətlərdə iş tapmaq imkanı verəcək".

O.Buşe gələcəkdə universitetin regional status əldə edə biləcəyini və orada Gürcüstan, Rusiya və İrandan olan tələbələrin təhsil ala biləcəyini əlavə edib.

Ardından ADNSU və UFAZ-ın təqdimatı keçirilib. Sonda isə abituriyentlər və 11-ci sinif şagirdləri qarşı tərəfə onları maraqlandıran sulları veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi