Yuxarı

Bakıda Amerika Təhsil yarmarkası keçiriləcək

Tədbirdə 10-dan çox ABŞ universiteti iştirak edəcək

Bakı. 23 oktyabr. REPORT.AZ/ Oktyabrın 24-də Bakıda Bakı Təhsil Məlumat Mərkəzi ABŞ Təhsil Qrupu ilə birgə Amerika Təhsil yarmarkası keçirəcək. "Report"un xəbərinə görə, yarmarkanın keçirilməsində məqsəd insanları Amerikada təhsil almaq imkanları haqqında lazımi məlumatla təmin etməkdir.

Burada tələbələr, eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin nümayəndələri ilə görüşüb, onlarla ABŞ-da təhsil almaq mövzusunda söhbət edə biləcəklər.

Tədbirdə 10-dan çox ABŞ universiteti iştirak edəcək

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi